Kəmalə Yusifova departament rəhbəri oldu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat baş tutub.

Kəmalə Yusifova “Kurort”un İnsan Resursları departamentinin rəhbəri təyin olunub

Referans Media xəbər verir ki, o, 2025-ci ilin aprelindən “Kurort” QSC-də HR meneceri, 2021-ci ilin martından isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda əməyin mühafizəsi üzrə mühəndis və 2021-ci ilin fevralından həmin institutda SƏTƏM meneceri vəzifələrində çalışıb.

Xatırladaq ki, "Kurort" 1992-ci ildə dövlət qeydiyyatına alınıb.

"Kurort" QSC-nin sanatoriya filiallarına Bilgəh Kardioloji Sanatoriyası, Abşeron Mədə-Bağırsaq Sanatoriyası, Qaranquş Uroloji Sanatoriyası, Günəşli Nevroloji Sanatoriyası, Şıx Dayaq-Hərəkət Xəstəlikləri Sanatoriyası, Buzovna Fizioterapiya Mərkəzi daxildir./Yurd.Media/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki