Təqaüdçünün evinə basqın edib sayğacı qopardı

Tovuzda xuliqanlıq əməli törədən şəxs məsuliyyətə cəlb olunub.

Hadisə Əyyublu kəndində qeydə alınıb.

Referans Media xəbər verir ki, 49 yaşlı Ruslan Kərimov (şərti adla) gecə saatlarında sərxoş halda qonşusunun qapısını döyərək, nalayiq ifadələr işlədib və işıq sayğacını yerindən qoparıb.

Bu əməlinə görə, onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

R. Kərimov ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib. Həmçinin zərərçəkən təqaüdçü qonşu da həmkəndlisini bağışladığını deyib.

Məhkəmənin qərarı ilə R. Kərimov 6 gün müddətinə inzibati qaydada həbs olunub./Lent.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki