Kenan Yıldızın çıxış etdiyi "Yuventus" İtaliya A Seriyasının 37-ci turunda gözlənilməz məğlubiyyətlə üzləşib.
Referans Media xəbər verir ki, Turin təmsilçisi doğma meydanda "Fiorentina"ya 2:0 hesabı ilə uduzub və turnir cədvəlində 6-cı yerə geriləyib.
Məlumata görə, "Fiorentina"nın qollarını Çer Ndour və Rolando Mandraqora vurub. Matçın 72-ci dəqiqəsində qonaq komandanın futbolçusu Luka Ranieri qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra "Yuventus" 68 xalda qalıb və Çempionlar Liqasına vəsiqə verən ilk 4-lükdən kənarda qərarlaşıb. Komanda son turda “Torino” ilə qarşılaşacaq və Avropa hədəfi üçün son şansını istifadə edəcək.
Kenan Yıldız isə qarşılaşmada 90 dəqiqə meydanda olub, lakin komandasının məğlubiyyətinin qarşısını ala bilməyib.
İtaliya A Seriyası
37-ci tur
17 may
Yuventus – Fiorentina 0:2
Qollar: Ndur, 34. Mandraqora, 83.
