Kəngərlidə bir ailənin üzvləri qəzaya düşdü: Körpə vəfat etdi - FOTO

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb.

Referans Media xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində baş verib.
 

Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıblar.


Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onların övladı 2026-cı il təvəllüdlü Qasımov Rəvan Məğrur oğlu isə həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./Apa.az/






  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki