TƏCİLİ! Rusiya Kiyevə genişmiqyaslı HÜCUMA KEÇDİ - VİDEO

Sentyabrın 23-ü səhər saatlarında Ukraynanın paytaxtı Kiyev pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, zərbələr şəhərin bir neçə rayonunda mülki və infrastruktur obyektlərinə ciddi ziyan vurub.

Kiyev şəhər meri Vitali Kliçkonun verdiyi məlumata görə, hücum nəticəsində 8 nəfər xəsarət alıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yaralılardan biri orada dünyasını dəyişib.

Paytaxtın müxtəlif rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb.

Holosiyiv rayonuda dronlardan biri "Ukrnafta" şəbəkəsinə aid yanacaqdoldurma məntəqəsinə (YDM) çırpılıb və obyekt tamamilə dağılıb.

Ərazidəki anbar binalarında yanğın başlayıb. Bundan başqa, PUA-lar dördmərtəbəli biznes mərkəzinin, yaşayış olmayan binanın damına və nəqliyyat obyektinə düşüb.

Solomenski rayonunda isə dron qalıqları yaşayış binalarının arasına düşüb, nəqliyyat müəssisəsində yanğın baş verib. PUA qalıqları həmçinin bir mağazaya və 9 mərtəbəli qeyri-yaşayış binasının dördüncü mərtəbəsinə çırpılıb.

Darnitski rayonuda YDM və nəqliyyat infrastrukturu zərər görüb, ən azı bir nəfər yaralanıb.

Hazırda ərazidə xilasetmə və fəsadların aradan qaldırılması işləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki