Rusiya Müdafiə Nazirliyi Ukraynanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.
Referans MEDİA xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, hücumlar zamanı paytaxt Kiyev və Kiyev vilayətində pilotsuz uçuş aparatları üçün anbar və "Tukans" hərbi-sənaye müəssisəsi hədəfə alınıb.
Bildirilib ki, Odessa şəhərində hərbi yüklərin saxlanılması və mühafizəsi üçün istifadə olunan üç logistika mərkəzi, Odessa vilayətində yerləşən hərbi anbar, eləcə də dənizdə hərbi yük daşıdığı iddia edilən gəmi vurulub.
Rusiya Müdafiə Nazirliyi əməliyyatın nəticələri ilə bağlı əlavə məlumat paylaşmayıb.
Ukrayna tərəfi isə Rusiyanın açıqladığı məlumatlarla bağlı hələlik rəsmi münasibət bildirməyib.
