“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni şöbə müdiri təyinatı baş tutub.
Referans Media xəbər verir ki, QSC sədri Rövşən Rüstəmovun müvafiq əmrilə Məltəm Cəlilzadə qurumun Maliyyə Departamentinin Hesabatlılıq şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, M. Cəlilzadə 2015-ci ildən ADY-də çalışır. O 2018-ci ilədək Maliyyə Departamentində aparıcı iqtisadçı, 2018-2023-cü illərdə şöbə müdirinin müavini, 2023-cü ildən yeni təyinatadək isə həmin departamentdə Baş iqtisadçı vəzifələrində çalışıb./Yurd.Media/
