Kerem Aktürkoğlundan gələn zədə xəbəri futbol ictimaiyyətində narahatlıq yaratsa da, son açıqlama azarkeşləri rahatladıb.
Referans Media xəbər verir ki, Türkiyə Milli Futbol Komandasının məşqində keçirilən hazırlıq zamanı Kerem Aktürkoğlu zədə alaraq meydanı tərk edib.
Məlumata görə, oyunçu diz nahiyəsindən zədələnib və ilkin tibbi müdaxilədən sonra məşqi yarımçıq dayandırıb. Onun ağrılar içində meydanı tərk etməsi əvvəlcə ciddi narahatlıq yaradıb.
Lakin aparılan müayinələrdən sonra vəziyyətin ciddi olmadığı müəyyən edilib. Həkimlərin rəyinə əsasən, Kerem Aktürkoğlu təxminən 10 gün meydanlardan uzaq qalacaq.
Ən önəmli məqam isə onun Dünya Kubokunda iştirakı üçün heç bir riskin olmamasıdır. Bu xəbər həm milli komandanın məşqçi heyətini, həm də azarkeşləri rahatladıb.
Baş məşqçi Vinçenzo Montella futbolçunun vəziyyətini yaxından izləyir və onun bərpa prosesini nəzarətdə saxlayır.
