Tanınmış aktyor Burak Sergen həyat yoldaşı Gizem Sergenlə birlikdə Özcan Dənizin ssenari müəllifi və rejissoru olduğu "Son Yemek" filminin qala mərasimində iştirak edib.
Referans Media xəbər verir ki, 2024-cü ildə nikah bağlayan cütlük uzun müddətdən sonra ilk dəfə birgə kameraların obyektivinə tuş gəlib. Aralarında 26 yaş fərq olan ər-arvadın tədbirdəki görüntüləri diqqət çəkib.
Xatırladaq ki, bu evlilik Burak Sergenin dördüncü nikahıdır./musavat.com/
