Məşhur aktrisadan şok etiraf: 19 ildir psixoloji dəstək alır

Türkiyəli aktrisa Hazar Ergüçlü aktyorluq sənayesində üzləşdiyi psixoloji çətinliklərdən danışıb. O, artıq 19 ildir psixoloji dəstək aldığını açıqlayıb.

Referans Media xəbər verir ki, aktrisa yeni filmi “Mutter: Bir Annenin Hatıra Defteri” ilə bağlı müsahibəsində sənayedəki qeyri-müəyyənlik və rəqabətin psixoloji baxımdan ağır olduğunu bildirib.

“Vallah, mən onsuz da 19 ildir psixoloji dəstək alıram. Aktyorun buna ehtiyacı var, bu, qaçılmazdır”, – deyə Ergüçlü qeyd edib.

O, aktyorluq sahəsində uğur qazanmaq üçün möhkəm əsəblərə sahib olmağın vacibliyini vurğulayıb. Aktrisanın sözlərinə görə, oynadığı obrazların yaratdığı emosional gərginlik də bəzən bu çətinliklərə əlavə olunur.

Ergüçlü bildirib ki, aktyorluğun özü deyil, kamera arxasında baş verən proseslər daha çox psixoloji gərginlik yaradır:

“Rol və aktyorluq, yəni kamera qarşısındakı an psixoloji dəstəyə ən az ehtiyac duyulan hissədir. Ondan sonrakı proses daha çətindir. Təəssüf ki, aktyorluğun özü asandır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki