Dünya şöhrətli boksçu türk serialında çəkildi: İstanbula gəlmə səbəbi təəccübləndirdi

Dünya boksunun əfsanələrindən olan Mayk Tayson Türkiyənin “Tuzlu Kahve” serialında qonaq aktyor kimi çəkilib.

Referans Media xəbər verir ki, məşhur boksçu serialın 13-cü bölümündə Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının ABŞ-dan gələn dostu kimi tamaşaçıların qarşısına çıxacaq.

Serialın təqdimatında Taysona mıhlama və türk qəhvəsi ikram edilir. Onun İstanbul səfərinin məqsədinin isə təlim keçmiş göyərçin almaq olduğu bildirilir. Maraqlıdır ki, boksçunun göyərçinlərə marağı real həyatda da məlumdur.

Qeyd edək ki, Tayson oktyabrın 26-da ailəsi ilə birlikdə İstanbula gəlmişdi. Onun rol aldığı bölüm dekabrın 1-də, saat 20:00-da Star TV-də yayımlanacaq.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki