SON DƏQİQƏ! Ard-arda 3 zəlzələ baş verdi

Tacikistan ilə Qırğızıstanın sərhəd zonasında üç dəfə ard-arda zəlzələ qeydə alınıb.

Referans Media xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar təxminən 1 saat 15 dəqiqə intervalında (Bakı vaxtı ilə 01:34-02:50 radələrində) baş verib. Zəlzələlərin gücü şkala üzrə 3,5 - 5,5 bal arasında qiymətləndirilir.

İnstitutun məlumatına əsasən, zəlzələ ən güclü şəkildə Qırğızıstanın Bor-Döbə, Sarı-Taş, Taldı-Suu, Nura, Qara-Kindik, Sarı-Mokol və İrkeştam yaşayış məntəqələrində (3-5 bal gücündə) hiss olunub./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki