Azərbaycanda "Bolt" taksi xidmətindən istifadə edən qadın sərnişinlə sürücü arasında mübahisə yaşanıb.
Referans Media-ın məlumatına görə, hadisəyə səbəb gedişhaqqı üçün sürücüyə 5 manat verən qadına qalıq pulun qaytarılmaması olub.
"5 manat pulumu verirəm, qalığımı qaytarmır, sən taksi sürücüsüsən sənin xırda pulun olmalıdır, - deyə şikayətçi bildirib.
Sərnişinin sözlərinə görə, sürücü ona qaytarılmalı olan xırda pulu verməyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
İddialara görə, mübahisə zamanı sürücü qadına avtomobildən düşməsini, onu mənzil başına aparmayacağını bildirib. Qadın həmçinin sürücünün avtomobilin qapılarını bağlayaraq onun nəqliyyat vasitəsindən çıxmasına mane olduğunu iddia edib./BAKU.WS/
