Kosovada keçirilən növbədənkənar parlament seçkilərinin qalibi Baş nazir Albin Kurti olub.
“Referans MEDİA” xəbər verir ki, Kosovada baş tutan növbədənkənar ümumi seçkilərdə səslərin 49,30 faizini toplayan, hazırkı Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi “Özün Qərar Ver” Hərəkatının (Vetëvendosje) seçkidə birinci olduğu bildirilib.
Kosova Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata əsasən, növbədənkənar seçkilərdə səslərin 99,26 faizi artıq sayılıb.
Mövcud nəticələrə görə, Albin Kurtinin sədri olduğu “Özün Qərar Ver” Hərəkatı 49,30 faiz səslə ilk pillədə qərarlaşıb. Onu 21,01 faizlə Kosova Demokratik Partiyası (PDK), 13,68 faizlə isə Kosova Demokratik Birliyi (LDK) izləyir. Kosova Demokratik Türk Partiyası (KDTP) isə 0,61 faiz səs toplayıb.
