Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynadakı münaqişəyə toxunub.
Referans xəbər verir ki, Kreml rəsmi saytında dərc olunan məlumata görə, tərəflər Ukraynadakı münaqişə ilə yanaşı, ikitərəfli münasibətləri də müzakirə ediblər.
Bəyanatda qeyd olunur ki, Putin Ukrayna ilə bağlı məsələyə toxunarkən münaqişənin siyasi və diplomatik yolla həllinə sadiqliyini bir daha təsdiqləyib. O, bu müharibənin sülh yolu ilə bitməsini istədiyini bildirib.
Qeyd edək ki, Türkiyə indiyədək Rusiya-Ukrayna münaqişəsində vasitəçi rolunu oynamağa çalışıb və İstanbulda keçirilən danışıqlara ev sahibliyi edib.//Globalinfo.az