Krıma kütləvi hücum var: Yarımadada rabitə əlaqəsi qırılıbbackend

Krıma kütləvi hücum var: Yarımadada rabitə əlaqəsi qırılıb

Krımdakı əsas rabitə operatorları bəzi xidmətlərə girişdə problemlər yarada biləcək kütləvi DDoS hücumuna məruz qalıb.

Referans xəbər verir ki, Krımın Daxili Siyasət, İnformasiya və Rabitə Nazirliyindən verilən məlumata görə, mütəxəssislər artıq vəziyyəti düzəltməyə başlayıblar.

“Texniki mütəxəssislər bütün lazımi tədbirləri həyata keçirirlər. Bununla belə, bəzi xidmətlər vaxtaşırı abonentlərin istifadəsi üçün əlçatmaz ola bilər”, – nazirlikdən bildiriblər.

“DownDetector” xidmətinin məlumatına görə, istifadəçilər evdə internetin olmamasından və mobil rabitədə problemlərdən şikayətlənirlər. Həmçinin məlumatlara görə, messencerlərin və bəzi saytların işində nasazlıqlar var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki