Livan və İsrail arasında görüş başladı – Sülh, yoxsa müharibə olacaq?

İsrail və Livan nümayəndələri ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda danışıqların üçüncü raunduna başlayıblar.

Referans Media xəbər verir ki, bu barədə İsrail mənbəsinə istinadən “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, görüş ABŞ Dövlət Departamentinin binasında keçirilir. Portal qeyd edir ki, danışıqlar mayın 15-də də davam edəcək.

Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda keçirilən ilk məsləhətləşmələrdən sonra tərəflər Livanda atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Ardınca aprelin 23-də keçirilən ikinci raundun yekununda atəşkəsin daha üç həftə uzadıldığı elan olunub./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki