“Lukoil”da kartla ödəniş dayandırıldı – SƏBƏB, AÇIQLAMA

  “Lukoil” yanacaqdoldurma məntəqələrində kartla ödəniş dayandırılıb. Məlumata görə, nağdsız ödənişlərin həyata keçirilməməsinə səbəb sanksiyalardır.

Referans.az bildirir ki , Yaranmış problemlə bağlı Tribuna-ya açıqlama verən “Lukoil-Azərbaycan”ın dövlət qurumları və bizneslə iş üzrə meneceri Rail Ağayev məsələyə aydınlıq gətirib. O bildirib ki, yaranmış problem ölkə üzrə bütün məntəqələrə aid deyil:

“Rayolarda kartla ödəniş davam edir. Bakıdakı bəzi məntəqələrdə kartla ödənişlə bağlı problem var. Şəhərdəki bəzi məntəqələrdə texniki problem yaranıb. Bu da bankla bizim aramızda yaranmış haldır.Tezliklə aradan qaldırılacaq”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki