Fransaya məxsus tankerlər Hörmüz boğazında məqsədli hücuma məruz qalmayıb.
Referans Media xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Polşanın baş naziri Donald Tusk ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Qeyd etməliyəm ki, Hörmüz boğazında Fransaya qarşı məqsədli hücum olmayıb. Fransız tərəfdə ölən və ya yaralanan yoxdur”, – deyə o əlavə edib.
Makron həmçinin ABŞ və İranın bölgədə gərginliyi artırmaq istiqamətində atdığı addımları səhv adlandırıb:
“Görünür, ABŞ-ın Hörmüz boğazında hədəfli blokadanı davam etdirmək qərarından sonra Tehran ilkin mövqeyini dəyişib. Hesab edirəm ki, bu, hər iki tərəfin səhvidir”, – deyə Fransa lideri vurğulayıb.//globalinfo.az























