image-netanyahu-3-900x506-1backend

Netanyahu bu ölkəyə girdiyi anda həbs olunacaq

Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn “Tisza” Partiyasının lideri Peter Magyar bildirib ki, ölkəsi beynəlxalq hüquqi öhdəliklərinə sadiq qalacaq.

Referans Media xəbər verir ki, “Anadolu ajansı” məlumat yayıb. Magyarın sözlərinə görə, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsi (BCM) üzvü olaraq qalmağı planlaşdırır və bu status ölkəyə müəyyən hüquqi məsuliyyətlər yükləyir.

O qeyd edib ki, BCM tərəfindən barəsində həbs qərarı çıxarılmış şəxs üzv dövlətin ərazisinə daxil olarsa, həmin şəxs dərhal saxlanılmalıdır.

Bu kontekstdə o vurğulayıb ki, əgər İsrailin Baş naziri Benyamin Netanyahu Macarıstana səfər edərsə və onun barəsində BCM tərəfindən həbs orderi qüvvədə olarsa, Budapeşt beynəlxalq öhdəliklərinə uyğun şəkildə hərəkət etməyə borcludur.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki