image-almaniyabackend

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Referans Media xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Məlumata görə, səfirdən Rusiya Müdafiə Nazirliyinin daha əvvəl Avropada Ukrayna üçün dronlar istehsal edən müəssisələrin ünvanlarını dərc etməsi ilə əlaqədar izahat verməsi tələb olunub.

“Almaniyadakı təhdidlər və hər cür casusluq fəaliyyəti tamamilə qəbuledilməzdir”, – deyə bildirilib.

Xatırladaq ki, aprelin 15-də Rusiya Müdafiə Nazirliyi Avropa İttifaqı ərazisində Kiyev üçün PUA istehsal edilən müəssisələrin adlarını və ünvanlarını yayıb.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki