Makrondan ŞOK ETİRAF - Tramp elə addım atacaq ki...

İrana zərbələr endirmək İslam Respublikasında hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq.

Fransa prezidenti Emmanuel Makron bu qənaətdədir.

O, bu barədə ABŞ-nin “ABC” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, İranın nüvə silahına yiyələnməməsi hamımız üçün çox vacibdir, əsas məqsəd də elə budur. Lakin hesab etmirəm ki, ölkəni bombalamaqla rejim dəyişikliyinə nail olmaq mümkündür. Bu, ən yaxşı variant deyil, çünki həmin üsul işləmir. Son onilliklərdə artıq bir neçə dəfə belə səhvə yol vermişik”, - deyə Makron vurğulayıb.

Bu açıqlama Makronun gecikmiş etirafı və reallıqla barışmasıdırmı? ABŞ Makronun belə bir çağırışına əhəmiyyət verəcəkmi?

MESİYEV.jpg (407 KB)

Referans Media xəbər verir ki, bu barədə politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Makron reallığı dilə gətirməyə çalışır və ABŞ-nin İranda istədiyinə nail ola bilmədiyini etiraf edir:

“Vaşinqtonun ilkin bəyanatlarında İranda hakimiyyət dəyişikliyinə nail olunmağın hədəflərdən biri olduğu deyilirdi. ABŞ bu hədəfinə çata bilmədi. İndi artıq bunu Makron da deyir. Hətta altı aydan sonra ABŞ Konqresinin araşdırma xidməti bəyan etdi ki, İranın rəhbərliyi və hərbi imkanları ciddi itkilərlə üzləşsə də, İslam Respublikası rejimi hakimiyyətdə qalır. Eyni sənəddə ABŞ-nin rejim dəyişikliyi ilə bağlı ritorikasının sonrakı mərhələdə müəyyən qədər zəiflədiyi də göstərilir. İkincisi, İraq və Liviyadan çıxarılan dərs İran məsələsinə də tətbiq olunur. Hərbi müdaxilə hökumətin və ya liderin devrilməsinə səbəb ola bilər, amma onun yerinə sabit və proqnozlaşdırılan siyasi sistemin yaranacağına zəmanət vermir. Makronun “son onilliklərdə artıq bir neçə dəfə belə səhvə yol vermişik” deməsi məhz bu tarixi təcrübəyə işarədir. Fransa lideri onu da bilir ki, İran yalnız bir liderdən ibarət siyasi sistem deyil. Orada dövlət institutları, İnqilab Keşikçiləri, təhlükəsizlik strukturları, dini institutlar və böyük bürokratik aparat mövcuddur. Buna görə də xaricdən bombardman etməklə hakimiyyətin dəyişməsi mümkün deyil”.

Politoloq hesab edir ki, ABŞ liderinin Makronun çağırışına məhəl qoyacağı ehtimalı yoxdur:

“Tramp Makronun çağırışı ilə strategiyasını dəyişəcək siyasətçi deyil. Əksinə, hazırkı ritorika göstərir ki, Donald Tramp İran məsələsində hələ də çox sərt mövqe tutur. Tramp BMT Baş Assambleyasındakı çıxışında İranla razılaşma əldə edilməsə, İslam Respublikasını məhv edə biləcəyini bildirdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki