"Fənərbaxça"nın braziliyalı qapıçısı Ederson milli komandaların oyunları ilə əlaqədar fasilə zamanı diqqətçəkən qərar qəbul edib.
Referans Media xəbər verir ki, 33 yaşlı qapıçının Braziliya millisinin heyətindən azad olunmasını istədiyi və qarşıdakı milli oyunlarda iştirak etməyəcəyi bildirilib.
Məlumata görə, Ederson Braziliya millisinin Avstraliya və Hindistanla keçirəcəyi qarşılaşmalar üçün heyətdə yer almaq istəmədiyini federasiya rəsmilərinə çatdırıb.
Təcrübəli qapıçı milli fasiləni İstanbulda keçirərək "Fənərbaxça" ilə məşqləri davam etdirmək niyyətindədir.
Komandanın qısa istirahətindən sonra Edersonun Samandıra Can Bartu Təsislərinə qayıdacağı və məşqlərini klubla birlikdə davam etdirəcəyi qeyd olunur.
Ederson bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə 8 rəsmi qarşılaşmada meydana çıxıb. Braziliyalı qapıçı həmin oyunlarda 7 qol buraxıb, 3 matçda isə qapısını toxunulmaz saxlayıb.
