Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Referans Media "Yeni Sabah"-a istinadən xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəyləri də müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
