Salah və Fabinyodan sonra daha bir BOMBA! "Trabzonspor"a dünya futbolunun ƏFSANƏSİ gəlir

Türkiyənin "Trabzonspor" klubu məşqçi heyətinə dünya futbolunun tanınmış simalarından birini cəlb etməyə hazırlaşır. Almaniya futbolunun məşhur müdafiəçisi Cerom Boatenqin komandanın yeni köməkçi məşqçisi olacağı bildirilir.

Referans Media xəbər verir ki, mövsümün əvvəlindən heyətinə Məhəmməd Salah və Fabinyo kimi dünya futbolunun tanınmış simalarını qatan "Trabzonspor" texniki heyətdə də diqqətçəkən addım atıb.

Fatih Tekke ilə yollarını ayıran klub daha sonra komandanın baş məşqçisi vəzifəsinə almaniyalı çalışdırıcı Tomas Rəisi gətirib. İndi isə Rəisin məşqçilər korpusuna daha bir məşhur futbol adamının qoşulması gözlənilir.

Trabzonspor Cerom Boatenqlə prinsipial razılığa gəlib. 2025-ci ildə futbolçu karyerasını başa vuran 38 yaşlı almaniyalının Tomas Rəisin köməkçisi kimi çalışacağı gözlənilir.

Məlumata görə, Cerom Boatenq həftəsonu Trabzona gələcək və klubla rəsmi müqavilə imzalayacaq.

Cerom Boatenq uzun illər Almaniya futbolunun ən tanınmış müdafiəçilərindən biri olub. O, həm klub, həm də milli komanda səviyyəsində mühüm uğurlara imza atıb.

İndi isə futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayan Boatenqin "Trabzonspor"da Tomas Rəisin komandasında yer alması gözlənilir.

Beləliklə, "Trabzonspor"un texniki heyətində dünya futbolunda böyük təcrübəyə malik yeni bir simanın yer alacağı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki