Aziz Yıldırımın sözləri gündəm yaratdı: İsmail Kartalın taleyi bəlli olur?

"Fənərbaxça"da İsmail Kartalın gələcəyi ilə bağlı diqqətçəkən məlumat yayılıb.

Referans Media xəbər verir ki, klub prezidenti Aziz Yıldırım "Eyüpspor"la oyun öncəsi futbolçularla görüşərək baş məşqçi İsmail Kartala açıq dəstəyini ifadə edib. Yıldırımın Kartala güvəndiyini bildirərək “Hamı gedər, o qalar!” dediyi iddia olunur.

Məlumata görə, Aziz Yıldırım komanda qarşısında etdiyi çıxışda İsmail Kartala sonadək güvəndiyini bildirib.

Onun bu sözləri işlətdiyi qeyd olunur: “Baş məşqçimiz İsmail Kartala sonadək güvənirəm. Onun rəhbərliyi altında böyük uğurlara imza atacağınıza inanıram. Hamı gedər, o qalar!”

Bu sözlərin İsmail Kartalı duyğulandırdığı və baş məşqçinin Yıldırıma təşəkkür etdiyi də bildirilir.

Məlumata görə, "Fənərbaxça"nın "Eyüpspor" üzərində 8:0 hesablı qələbəsindən sonra da Aziz Yıldırım İsmail Kartalla telefonla danışaraq onu xüsusi olaraq təbrik edib.

İsmail Kartalın "Roma" ilə oyundan sonra istefa verdiyi, daha sonra isə Aziz Yıldırım və rəhbərliyin müdaxiləsindən sonra vəzifəsinə qayıtdığı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki