Azərbaycanda çörəklə bağlı GÜZƏŞT BİTİR: QİYMƏT ARTIR?

Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışıına tətbiq olunan ƏDV güzəştlərinin müddəti 2027-ci ildə başa çatır.

Referans Media Ajans.az-a istinadən xəbər verir ki, buğdanın idxalı və satışı, eləcə də buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.

Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-də başa çatacaq.

Bundan başqa, kəpəyin istehsalı və satışı da 2019-cu il martın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır. Bu güzəştin müddəti isə 2027-ci il martın 1-də başa çatır.

Beləliklə, gələn il ərzində həm buğda, un və çörək, həm də kəpəklə bağlı sözügedən ƏDV güzəştlərinin müddəti başa çatmış olacaq.

Qeyd edək ki, sözügedən güzəştin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib.

Qeyd edək ki, bu xəbər Ajans.az-ın özəl yazısıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki