Dünyada həyəcan təbili çalınır: Əhali fövqəladə vəziyyətə hazır olmalıdır - Evdə nələr saxlanılmalıdır?

Beynəlxalq hərbi-siyasi gərginlik fonunda bir sıra ölkələrdə vətəndaşlara mümkün fövqəladə vəziyyətlərə hazırlıq məqsədilə ən azı 72 saatlıq ərzaq, su və digər zəruri ehtiyat toplamaq tövsiyə olunur. Bu çağırışlar mümkün təhlükələrə qarşı əhalinin əvvəlcədən hazırlıqlı olmasının vacibliyini gündəmə gətirir.

Referans Media-ya açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu istiqamətdə Azərbaycanda da müəyyən işlər görülməli, beynəlxalq səviyyədə hər hansı həyəcan doğuran vəziyyətlə bağlı xəbərdarlıqlar ciddi qəbul edilməlidir.

Onun sözlərinə görə, beynəlxalq səviyyədə təhlükə ilə bağlı hər hansı narahatedici vəziyyət müşahidə olunursa, buna biganə yanaşmaq olmaz və müvafiq addımlar atılmalıdır:

“ Təbii ki, bu məsələlərlə bağlı Azərbaycanda da müəyyən işlər görülməlidir. Beynəlxalq səviyyədə hansısa bir həyəcan doğuran məsələ varsa, biz bunu mütləq ciddi anlamalıyıq. Mənim fikrimcə, bu məsələyə çox ciddi yanaşılmalı və müəyyən addımlar atılmalıdır”.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki