image-4c2ebeb2-08de-4a0c-8711-8f9705ad5f97backend

Medvedevdən diqqətçəkən açıqlama: Moskva hərbi hazırlığı artırır

2025-ci ilin sonuna qədər 422 mindən çox vətəndaş Rusiya ordusunda xidmət etmək üçün müqavilə imzalayıb.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama yayıb. Müqavilə əsasında işə qəbulun detalları barədə əlavə məlumat açıqlanmayıb.

Medvedev həmçinin bildirib ki, 2026-ci il ərzində 32 min nəfər Rusiya Silahlı Qüvvələrinə könüllü şəkildə qoşulacaq.

Bundan əvvəl müdafiə naziri Andrey Belousov 2026-cı il üçün hərbi çağırışın təşkili və xidmət müddəti başa çatan hərbçilərin təxris olunması ilə bağlı əmr imzalayıb. Əmr prezidentin 2026-cı il üzrə çağırış fərmanının icrası çərçivəsində verilib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki