Məhkəmə Rüfət Səfərov barədə qərar verdi

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Referans Media  APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlayıb.

R.Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. ), 2024-cü il dekabrın 3-də saxlanılıb.

İttihama görə, o, Novxanıda bağ satmaq qarşılığında zərərçəkən kimi tanınan Natiq İmaquliyevdən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə də Natiq İmanquliyev onun qarajına gələrək Rüfət Səfərovla mübahisə edib və nəticədə yaralanıb.

Binəqədi rayon Polis İdarəsində Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki