Məhkəmə vəkil Orxan Kəngərli ilə bağlı qərar verdi

Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli məhkəməyə gətirilib. 

Referans Media xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli hakim qarşısına çıxarılıb. 

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbul edilib. 

Qərara əsasən, Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, srağagün axşam Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki