Sabiq idarə rəisinə Bakıda yüksək vəzifə tapşırıldı - İlhamə Abdullayeva kimdir?!

Abşeron-Xızı Regional Təhsil İdarəsinin sabiq müdiri İlhamə Abdullayeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni vəzifəyə təyin edilib.

Referans Media xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Sarif qızı Abdullayeva Agentliyin Uşaq rifahı və inkişafı şöbəsinin müdiri vəzifəsinə gətirilib.

İlhamə Abdullayeva müxtəlif illərdə ümumi təhsil müəssisələrində müəllim və direktor müavini vəzifələrində çalışıb. O, daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri və müdir müavini, Elm və Təhsil Nazirliyində isə şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərib. İnternetdən sifariş

Təhsilin inkişafında xidmətlərinə görə 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif olunan Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib./“Yeni Sabah”/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki