ABŞ Prezidenti Donald Tramp İranla münaqişə zamanı ona yardım göstərməyən ölkələrdən müharibə başa çatdıqdan sonra çəkilən xərcləri kompensasiya etməyi tələb kimi irəli sürəcək.
Referans Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
“Neft Hörmüz boğazından keçir. Bizə heç bir şəkildə kömək etməyən dünya ölkələri bu saxta münaqişə başa çatdıqdan sonra ABŞ-a dəyən zərəri ödəməli olacaqlar və bunu mütləq edəcəklər. Biz bunu özümüzə yox, başqaları üçün edirik” – deyə ABŞ lideri vurğulayıb.
Tramp bununla ABŞ-ın İranla münaqişə çərçivəsində gördüyü tədbirlərin yalnız Vaşinqtonun deyil, digər ölkələrin də maraqlarına xidmət etdiyini diqqətə çatdırıb./Globalinfo.az
