Amerikalı modelyer və kostyum dizayneri Bob Maki 88 yaşında vəfat edib.
Referans Media xəbər ki, bu barədə dizaynerin rəsmi "İnstaqram" səhifəsində dərc olunmuş açıqlamada bildirilib.
Açıqlamada deyilir: "Cənab Bob Makinin bu gün vəfat etməsi xəbərini ürək ağrısı ilə bölüşürük. Onun parlaq və qeyri-adi dizaynları əbədi yaşayacaq və bu dünyaya gözəllik qatmağa davam edəcək".
Modelyerin ölüm səbəbi açıqlanmayıb.
Bob Maki 1939-cu ildə Kaliforniyada anadan olub. Karyerası ərzində doqquz Emmi mükafatı qazanıb və üç dəfə Oskar mükafatına namizəd olub./Teleqraf
