Məşhur aktyor yay mövsümünə sevgilisi ilə start verdi

Bülent Şakrak yay mövsümünü sevgilisi Duyğu Arabacıoğlu ilə birlikdə açıb.

Referans Media xəbər verir ki, 2023-cü ildə Ceyda Düvenci ilə boşandıqdan sonra şəxsi həyatı ilə gündəmdə olan aktyor uzun müddətdir Duyğu Arabacıoğlu ilə münasibətdədir. Cütlük bu dəfə tətil mövsümünü dənizdə əyləncəli anlarla qarşılayıb.

Paylaşılan görüntülərdə Bülent Şakrak və sevgilisinin dənizdə səmimi və xoş anlar keçirdiyi əks olunub. Cütlüyün istirahət zamanı çəkilən fotoları sosial mediada qısa zamanda geniş maraq doğurub.

Duyğu Arabacıoğlu isə həmin anları sosial media hesabında “Fedon suya düşdü” qeydi ilə paylaşıb. Bu paylaşım da izləyicilər tərəfindən maraqla qarşılanıb və qısa müddətdə gündəm olub.

Bülent Şakrakın əvvəlki dövrlərdə etdiyi romantik paylaşımlar da xatırladılaraq, aktyorun münasibətini açıq şəkildə yaşamağa davam etdiyi qeyd olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki