Uzun müddətdir ekranlardan uzaq olan Nurgül Yeşilçay İstanbuldan köçərək yeni həyata addım atıb. Məşhur aktyorun İzmirdəki sakit həyatı sosial mediada trend mövzusuna çevrilib.
Referans MEDİA xəbər verir ki, bir zamanlara damğasını vuran bacarıqlı aktrisa Nurgül Yeşilçay İstanbulun izdihamlı və stresli həyatı ilə vidalaşıb. Köklü dəyişiklik edən aktrisa daha sakit və dinc bir həyat quraraq İzmirə köçüb.
Təbii həyat tərzindən bəzi kadrları sosial mediada paylaşan məşhur aktrisa yeni həyat tərzi ilə pərəstişkarlarının heyranlığını qazanıb. Bu radikal qərar “Nurgül Yeşilçay artıq şəhərdən uzaq bir həyatı qəbul edibmi?” kimi suallara səbəb olub.
Uzun müddətdir ekranlardan uzaqlaşan və İstanbulu tərk edərək İzmirə yerləşən məşhur aktrisa Nurgül Yeşilçay yeni həyat tərzi ilə diqqət çəkib.
Sevgilisi Necati Kocabay ilə birlikdə təbiətdə qoynunda yaşayan Yeşilçay, İzmirdəki yeni həyatının bəzi hissələrini sosial media hesabında izləyiciləri ilə paylaşıb.
Məşhur aktyorun paylaşdığı görüntülərdə onun traktor sürdüyü, mişarla işlədiyi və zeytun yığımına qatıldığı anları əks olunub. Yeşilçay bu anları “Çalışırıq qariii” qeydi ilə yayımlayıb.
O, İSTANBULDAN NİYƏ GEDİB?
Bu yaxınlarda açıqlama verən Nurgül Yeşilçay İstanbulu tərk etməsinin səbəblərini də açıqlayıb. Daimi tıxac olduğunu deyən məşhur aktyor, hər kəsin çox gərgin və dava etməyə hazır olduğunu da bildirib. Məşhur aktyor İstanbulda yediyi hər şeyin çox dadsız olduğunu da əlavə edib.























