image-1767425823_avtobus_marshrut_bakubus_2025_yenibackend

Metro nasazlığına görə xəttə əlavə avtobuslar BURAXILDI

Bakı metropolitenində yaranan texniki nasazlıqla əlaqədar şəhərdaxili ictimai nəqliyyatda əlavə tədbirlər görülür.

Referans Media  xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir.

Bildirilib ki, daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib.

Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki