Millətlər Liqası: Finala İspaniya çıxacaq, yoxsa Fransa?

Bu gün UEFA Millətlər Liqasında növbəti finalçı müəyyənləşəcək.

Referans xəbər verir ki, ikinci yarımfinal oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.

Almaniyanın Ştutqart şəhərində baş tutacaq görüşü ingilis baş hakim Maykl Oliver idarə edəcək.

Qeyd edək ki, ötən gün baş tutan ilk yarımfinal görüşündə Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək, finala yüksəlib.

UEFA Millətlər Liqası Yarımfinal 5 iyun

23:00. İspaniya – Fransa Baş hakim: Maykl Oliver (İngiltərə). Ştutqart. “MHP Arena”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki