Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında Azərbaycan millisi növbəti oyununu keçirib.
Referans Media xəbər verir ki, Famil Xəlilovun başçılıq etdiyi komanda günün ilk matçında İsraillə qarşılaşıb.
Hövsan Yarış Kompleksinin 10A meydançasında təşkil olunan görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığma son görüşdə Haiti seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:15-də başlayacaq.
Qeyd edək ki, AF qrupunda yer alan Azərbaycan millisi bunadək 2 görüşdə qalib gəlib, bir matçda isə məğlub olub.
Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq.
