Bu gün Türkiyə Superliqasında İstanbul derbisi olacaq.
Referans Media xəbər verir ki, 9-cu turun matçında “Qalatasaray” öz meydanında əzəli rəqibi “Fənərbaxça”nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
“Qalatasaray” 8 turdan sonra 19 xalla ikinci sıradadır. 16 xalı olan “Fənərbaxça” isə üçüncüdür. Komandaların hazırkı mövqeyi derbiyə marağı bir qədər də artırır.
Turnir cədvəlinə 20 xalla (9 oyuna) “Amedspor” başçılıq edir.
