“Real Madrid”in braziliyalı ulduzu Vinisius Juniorla oktyabrın 11-də yollarını ayıran Virciniya Fonseka şəxsi həyatı ilə gündəmə gəlib.
Referans Media xəbər verir ki, məşhur sima futbolçu ilə ayrılığından cəmi 14 gün sonra üç övladının atası olan keçmiş partnyoru ilə yenidən bir araya gələrək nişanlandığını açıqlayıb.
Virciniya Fonseka nişan xəbərini sosial şəbəkələrdə paylaşıb. O, keçmiş partnyoru ilə yaxın zamanda nikah masasına əyləşəcəklərini bildirib.
Qısa müddətdə baş verən bu dəyişiklik həm idman, həm də şou-biznes dünyasında diqqət çəkib.
