Avropa ölkələrinin əksəriyyətində oktyabrın 25-də qış saatına keçilib. Saatların bir saat geri çəkilməsi Azərbaycanla Avropa ölkələri arasındakı vaxt fərqinə də təsir edib.
Referans Media xəbər verir ki, Azərbaycanda saatların mövsümə uyğun dəyişdirilməsi tətbiq olunmadığından ölkədə vaxt dəyişməyib. Avropanın əksər ölkələrində isə saatlar payız və yaz aylarında bir saat geri və ya irəli çəkilir.
Qış saatına keçidlə Almaniya ilə Azərbaycan arasındakı vaxt fərqi 2 saatdan 3 saata yüksəlib. Belə ki, Azərbaycanda saat Almaniyadan üç saat irəlidədir.
Türkiyədə də daimi yay vaxtı tətbiq olunduğundan Almaniya ilə Türkiyə arasındakı vaxt fərqi iki saata çatıb.
Avropanın əksər ölkələrində növbəti saat dəyişikliyinin 28 mart 2027-ci ildə baş tutması gözlənilir. Həmin tarixdə saatlar bir saat irəli çəkiləcək.
Avropa İttifaqında mövsümi saat dəyişikliyinin ləğvi ilə bağlı müzakirələr bir neçə ildir davam edir. 2018-ci ildə keçirilən sorğuda iştirakçıların 84 faizi bu tətbiqin dayandırılmasını dəstəkləyib.
Lakin üzv ölkələr arasında razılıq əldə olunmadığından qərar qüvvəyə minməyib. Buna görə də Avropanın əksər ölkələrində yay və qış saatı tətbiqi davam edir.
