Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi və gender bərabərliyi mövzularına həsr edilən dinləmələr keçiriləcək.
Referans Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planına daxil edilib.
Qeyd edilib ki, dinləmələrin məqsədi sözügedən istiqamətlərdə mövcud vəziyyətin qiymətləndirilməsidir.























