Bu ərazidə yaşayanların və sürücülərin DİQQƏTİNƏ: Yol bağlanır

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq.

Bu barədə Referans Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki