“Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır”.
Bu barədə Referans Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir:
“Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik”.
Qeyd edək ki, bir neçə gündür Bakının bir çox rayonlarında içməli suyun verilməsində fasilələr yaranıb.
