XİN-ə diplomatik xidmətə qəbul imtahanında 556 nəfər iştirak etdi

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.

Bu barədə Referans Media-ya DİM-dən məlumat verilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq tәqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki