Heç kimə sirr deyil ki, müasir dövrdə mobil telefonlar həyatımızın vazkeçilməzinə çevrilib. Mobil telefon asılılığı müasir cəmiyyətin ən geniş yayılmış, amma ən az diqqətə alınan problemlərindən biridir. Demək olar ki, milyonlarla insan mobil telefon vasitəsilə real həyatda uzaqlaşaraq virtual dünyada yaşayırlar. Təbii ki, mobil telefon vasitəsilə faydalı işlər görənlər də var. Amma sadəcə əyləncə məqsədilə ilə saatlara mobil telefonla məşğul olmağın isə mənfi nəticələri qaçılmazdır.
Belə olduğu halda mobil telefon asılılığından necə qurtulmaq olar? Bu asılılığın insan psixologiyasına hansı mənfi təsirləri var?
Mövzu ilə bağlı klinik psixoloq Gülnarə İmanova Referans Media- ya açıqlamasında bildirib ki, mobil telefonlar həyatımızı asanlaşdırır.

Gülnarə İmanova hesab edir ki, saatlarla yalnız ekrana bağlı qalmaq psixoloji sağlamlığımıza zərər verə bilər. Diqqətimiz dağılır, yuxu pozulur, stress artır, sosial münasibətlər zəifləyir.
Klinik psixoloq Gülnarə İmanova həmçinin onu da vurğulayıb ki, psixoloji baxımdan, telefonla sərhədlər qoymaq, “telefonsuz zamanlar” yaratmaq və real həyatdakı insanlarla ünsiyyətə prioritet vermək vacibdir.
Unutmayın, texnologiya sizə xidmət etməlidir, siz ona yox.






















