image-kremli11backend

Moskva sərt mövqe göstərdi: İranla bağlı ittihamlar qəbuledilməzdir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranla bağlı bəyanat yayıb.

Referans Media xəbər verir ki, Zaxarova Rusiyanın regionda milli suverenliyi gücləndirməyə və müdafiə qabiliyyətlərini inkişaf etdirməyə davam edəcəklərini bəyan edib.

O, ABŞ-ın İranla ticarət edən ölkələrə tarifləri 25 faizə qaldırmaq qərarına münasibət bildirib: “Rusiya suveren dövlətlərə qarşı tətbiq edilən birtərəfli, qanunsuz sanksiyaları beynəlxalq hüququn pozulması hesab edir və tanımır”.

Sözçü, Rusiya və İranın enerji də daxil olmaqla müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlığa sadiq qaldığını vurğulayıb: “Biz bütün ölkələrlə ticarət əlaqələrini üçüncü ölkədən gələn təhdidlərə deyil, milli maraqlarımıza əsaslanaraq inkişaf etdirməyi hədəfləyirik”.

Zaxarova iddia edib ki, ABŞ da daxil olmaqla Qərb ölkələri İrandakı rejimi dəyişdirmək üçün hər vasitədən istifadə etməyə çalışırlar./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki