Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 14 ünvanda...

Bakıda yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış lift və eskalatorların yenilənməsi, eləcə də əlil arabaları üçün nəzərdə tutulan platformaların dəyişdirilməsi planlaşdırılır.

Referans Media-ın məlumatına görə, layihəni "LiftTəmir" İstehsalat Birliyi həyata keçirəcək.

Məlumata əsasən, paytaxtın 14 fərqli ünvanında yerləşən piyada keçidlərində liftlərin yenilənməsi və əsaslı təmiri, eskalatorların, həmçinin əlil arabaları üçün platformaların yeniləri ilə əvəz edilməsi nəzərdə tutulur.

Layihənin ehtimal olunan qiyməti 9 milyon 985 min manat müəyyən edilib.

Qeyd edək ki, piyada keçidlərində lift və eskalatorların saz vəziyyətdə olması xüsusilə yaşlı insanların, uşaqlı valideynlərin, hərəkət imkanları məhdud şəxslərin və əlil arabasından istifadə edən vətəndaşların rahatlığı baxımından vacibdir. Avadanlıqların yenilənməsi keçidlərdən istifadənin daha təhlükəsiz və əlçatan olmasına, texniki nasazlıqlar səbəbindən yaranan çətinliklərin azalmasına xidmət edəcək./BAKU.WS/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki