Moskvadakı neft zavodunu səhvən özləri vurub?

Moskva yaxınlığındakı Kapotnya neft emalı zavodunda baş vermiş partlayışla bağlı yeni iddialar ortaya çıxıb.

Bəzi xarici media orqanları və hərbi ekspertlər yanğının Ukrayna dronlarının hücumu nəticəsində deyil, Rusiyanın hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş vermiş ola biləcəyini iddia edirlər.

Məlumata görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurmağa çalışan Rusiya raketlərindən biri hədəfdən yayınaraq neft emalı zavodunun ərazisinə düşüb. İddialara əsasən, partlayış və sonrakı yanğın da məhz bundan sonra başlayıb.

Rusiya rəsmiləri zavodun Ukrayna dronlarının hücumuna məruz qaldığını təsdiqləsələr də, obyektin səhvən öz hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirməyiblər.

Hadisənin dəqiq səbəbi ilə bağlı araşdırmalar davam edir.(savashmedia.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki